IQNA

Ayətullah Hairi Şirazi "Cameətul-Mustafa (s) əl-Aləmiyyə" universitetinin Livandakı dəftərxanasında olub

23:59 - March 12, 2013
Xəbər sayı: 2510537
Elmi-Dini Hövzələr qrupu: Ayətullah Hairi Şirazi Livana səfəri çərçivəsində Livanən Elmi-Dini Hövzələrinin tələbələri ilə görüş keçirib və həmçinin "Cameətul-Mustafa (s) əl-Aləmiyyə" universitetinin Livandakı dəftərxanasında da olub.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Ayətullah Hairi Şirazi Livana səfərinin əsas hədəfi Livan elmi-dini hövzələrinin dini tələbələr arasında mənəvi və əxlaqo fəza yaratmaq, "Cameətul-Mustafa (s) əl-Aləmiyyə" universitetinin Livandakı ustad və tələbələri ilə tanışlıq, mədrəsələrdə əxlaq dərslərinin təşkili, ustad və tələbələrin əxlaqi və irfani suallarını cavablandırmaq olub.
Səfər çərçivəsində "Ər-Rəsul (s)" və "Məhəd Əz-Zəhra (ə)" mədrəsələrinin oğlan və qız tələbələri qaraşısında çıxış etmək, onların suallarını cavablandırmaq kimi proqramlar icra edilib.
Ayətullah Hairi Şirazi Hizbullahın "Nisaiyyə" (qadınlar) heyətində, İranın Livandakı səfirliyi işçiləri qarşısında, İranın Mədəniyyət Əlaqələri İdarəsinin doktorant tələbələi arasında çıxış edib, həmçinin Beyrutda yaşayan iranlı din alimləri ilə görüş keçirib.

1203284
captcha